Bank Of Baku

Nazir: “Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi Azərbaycana böyük hörmət kimi qiymətləndirilməlidir”

Nazir: “Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin sessiyasının Bakıda keçirilməsi Azərbaycana böyük hörmət kimi qiymətləndirilməlidir”
# 12 sentyabr 2011 09:12 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsi Azərbaycana böyük hörmət kimi qiymətləndirilməlidir”. APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi Avropa regionun səhiyyəsinin bir hissəsidir: “Ona görə də burda qəbul olunan qərar və tövsiyələr Azərbaycan üçün önəmlidir. Tədbirdə iştirak edən qonaqlar Azərbaycan səhiyyəsi ilə tanış olmaq üçün buradakı tibb müəssisələrini, tibb məktəblərini gəzəcək, vəziyyətlə tanış olacaq və öz tövsiyələrini verəcəklər. Azərbaycanın inkişafı, o cümlədən səhiyyəsinin inkişafı hamını maraqlandırır. Sessiya vaxtı bütün bunlar haqqında qonaqlara məlumatlar veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR