Bank Of Baku

Türkiyə səhiyyə nazirinin müşaviri: “Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək”

Türkiyə səhiyyə nazirinin müşaviri: “Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq bundan sonra da davam edəcək”
# 12 sentyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq uzun illərdir həyata keçirilir və bundan sonra da davam edəcək. Buraya səhiyyə mütəxəssislərinin təkmilləşdirilməsi, tələbə mübadiləsi və sair daxildir”. Bu əlaqələr bundan sonra da davam etdiriləcək”. APA-nın məlumatında görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə səhiyyə nazirinin müşaviri Faruk Koçak deyib. O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsi digər region ölkələri kimi, Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir: “Qəbul edilən qərarlar Azərbaycan üçün də əhəmiyyətli olacaq. Burada 53 ölkənin təcrübəsi bölüşdürüləcək. Ortaq qəbul edilən qərarlar insan sağlamlığı üçün xüsusi önəm daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR