Bank Of Baku

Azərbaycan regionlarında keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi üzrə seminarın nəticələri Strasburqda müzakirə olunacaq

Azərbaycan regionlarında keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi üzrə seminarın nəticələri Strasburqda müzakirə olunacaq
# 12 sentyabr 2011 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının birgə dəstəyi ilə həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi üzrə ikinci seminar-treninq başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsindən APA-ya verilən məlumata görə, tədbir Ordubad, Qazax, Bərdə, Şəmkir, Göygöl, Zaqatala, Qax, Şəki, Quba, Lənkəran şəhərlərinin nümayəndələrinin iştirakı ilə keçirilib. Layihə Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının ekspertlərinin birgə idarəçiliyi ilə baş tutub.

Treninqdə Azərbaycan tərəfindən layihədə təmsil olunan 10 regionun nümayəndələrinə təmsil etdikləri şəhərlə bağlı formalaşdırılmış sənədlərin işlənilməsi qaydası izah olunub, tarixi şəhərlərdə mədəni irsin inkişafı ilə bağlı müzakirələr aparılıb. Dörd gün davam edən tədbirdə Zaqatala, Qax, Şəki, Ordubad və Şəmkir rayonlarından olan nümayəndələrin hazırladıqları hesabat xarakterli sənədlər müsbət qiymətləndirilib. Tədbir çərçivəsində iştirakçılar Zaqatala və Qax rayonlarının İcra Hakimiyyətlərində görüşlər keçirib, Balakən rayonu Heydər Əliyev adına istirahət parkında, Zaqatala tarix-mədəniyyət qoruğunda, Car kəndində, Qax rayonunda bərpa edilmiş İçəri Bazar küçəsində, yenicə istifadəyə verilmiş turizm obyektlərində və İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunda yaradılmış şəraitlə tanış olublar.

Sentyabrın 19-dan 21-nə kimi Fransanın Strasburq şəhərində, Avropa Şurasının mənzil-qərargahında “Tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi” üzrə iclas keçiriləcək. Tədbirdə keçirilmiş treninqlərin nəticələri, ölkə üzrə layihənin icrası, 2012-ci il üçün fəaliyyət planının işlənilməsi müzakirə olunacaq. Görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR