Bank Of Baku

Azərbaycanda müharibə və əmək əlilləri üçün pansionatlarda 163 ahıl vətəndaş yaşayır

Azərbaycanda müharibə və əmək əlilləri üçün pansionatlarda 163 ahıl vətəndaş yaşayır
# 12 sentyabr 2011 10:16 (UTC +04:00)
Bak. Sevil Zeynalqızı - APA-Economics. “Hazırda Azərbaycanda 14 377 nəfər tək yaşayan ahıl və əlil vətəndaşa evlərdə sosial-məişət xidməti göstərilir. Müharibə və əmək əlilləri üçün pansionatlarda tam dövlət təminatında 163 nəfər ahıl vətəndaş yaşayır”. “APA-Economics”in məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur Kələntərli bildirib.

Onun sözlərinə görə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşma prosesi gedir: “BMT-nin proqnozlarına əsasən, 1950-2010-cu illər ərzində 65 yaşdan yuxarı olan əhali kontingentinin sayı dünya üzrə 5%-dən 8%-ə qədər, 2050-ci il üçün isə 16%-ə qədər artacaq. Azərbaycan üçün bu göstəricinin 2010-cu ildəki 6%-dən 2050-ci ildəki 12%-ə qədər artacağı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR