Bank Of Baku

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru: “Hədə və şantajlara məruz qalıram”

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru: “Hədə və şantajlara məruz qalıram”
# 12 sentyabr 2011 10:41 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) tərəfindən keçirilən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev deyib. O, konkret ünvan göstərmədən hədələrə məruz qaldığını deyib: “Hədə və şantajlara məruz qalıram”.

E. Babayev EİF tərəfindən maliyyə ayrılmış layihə rəhbərlərinə istifadə edəcəkləri məhsulları alarkən diqqətli olmağı da tövsiyə edib: “Çalışın Rusiya və Türkiyə istehsalı olan cihazları almayın, onlar keyfiyyətsiz olur. Bəzən isə Rusiya şirkətləri ABŞ-da qeydiyyatdan keçərək fəaliyyət göstərir ki, onlardan nəsə alanda problem yaşanır. Çin, Almaniya və digər ölkələrin istehsalı olan cihazları almaq məsləhətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR