Bank Of Baku

Elmin İnkişafı Fondu “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbir keçirib - FOTO

Elmin İnkişafı Fondu “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbir keçirib - <font color=red>FOTO</font>
# 12 sentyabr 2011 10:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı ilə “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə seminar və təqdimat” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Elmin İnkişafı Fondunun 2011-ci ilin birinci müsabiqəsinin qalibi olmuş 82 layihənin rəhbərləri, EİF-in Himayədarlar Şurasının üzvləri və başqaları iştirak edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev geniş məruzə ilə çıxış edərək EİF-in fəaliyyəti, həyata keçirilən layihələr məlumat verib. O, tədbir iştirakçılarının suallarını cavablandırıb və onlara tövsiyələrini çatdırıb. E. Babayev akademik Ramiz Mehdiyevin başçılıq etdiyi Himayədarlar Şurasının Fondun fəaliyyətinin ən yüksək səviyyədə təşkilinə daim diqqət yetirdiyini də vurğulayıb.

Azərbaycan Milli Məclisinin deputatı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva rəhbəri olduğu və fond tərəfindən maliyyələşdirilən “Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarılması və surətlərinin ölkəmizə gətirilməsi” adlı layihənin yerinə yetirilməsi və layihə üzərində aparılan iş barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR