Bank Of Baku

Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri bu gün axşam saatlarında açıqlanacaq

Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri bu gün axşam saatlarında açıqlanacaq
# 12 sentyabr 2011 11:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sentyabrın 10-11-də keçirdiyi rezidenturaya sınaq imtahanlarının nəticələri bu gün axşam saatlarında açıqlanacaq. APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, hazırda sınaq imtahanın nəticələri araşdırılır. Nəticələr elan olunarkən TQDK yeni texnologiyadan istifadə edərək namizədlərin “cavab kartları”nı da saytda yerləşdirəcək: “Gələcəkdə bu texnologiyanı daha kütləvi tətbiq etməyi nəzərdə tuturuq. Rezidenturaya qəbul imtahanlarında da namizədlərin cavab kartları saytda əks olunacaq”.

M. Abbaszadənin sözlərinə görə, rezidenturaya qəbul imtahanlarında istifadə olunan sual kitabçaları namizədlərə verilməyəcək: “Bu suallar gələcəkdə də imtahanlarda istifadə olunacağından namizədlərə paylanmayacaq. Rezidenturaya qəbul ilk dəfə keçirildiyinə görə, sınaq imtahanlarında istifadə olunan sualları internetdə yerləşdirəcək, bu suallarla bağlı telekanallardan birində müzakirə keçirəcəyik”.

Qeyd edək ki, rezidenturaya sınaq imtahanları sentyabrın 10-11-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR