Bank Of Baku

Şirvanda “İİV virusunun uşağa ötürülməsinin profilaktikası” mövzusunda regional treninq keçirilib

Şirvanda “İİV virusunun uşağa ötürülməsinin profilaktikası” mövzusunda regional treninq keçirilib
# 12 sentyabr 2011 11:12 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı – APA. Şirvanda Perinatal transmissiya üzrə biliklərin yaxşılaşdırılması və İİV infeksiyasının anadan körpəyə yoluxmasının qarşısının alınması ilə bağlı antenatal xidmət göstərən tibb işçiləri üçün treninq keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Səhiyyə Nazirliyinin Mama-ginekologiya institutunun baş elmi işçisi Züleyxa Mikayılova məlumat verib. O bildirib ki, bundan əvvəl 2 belə treninq Bakı şəhərində səhiyyə müəssisələrinin rəhbərləri və mama-ginekoloqlar üçün keçirilib.

Şirvanda keçirilən treninqdə 12 rayonun mama-ginekoloqları və neonotoloqları iştirak edib. Treninqdə Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutunun direktoru Faizə Əliyeva və digər tibb mütəxəssisləri Azərbaycanda İİV infeksiyası üzrə epidemioloji vəziyyət və anadan uşağa İİV-in ötürülməsinin profilaktikasından, İİV-in klinik gedişatı və yoluxma yolları, İİV infeksiyasının yayılması əleyhinə strategiya və perinatal transmissiyanın profilaktikası kimi aktual problemlər ətrafında çıxışlar ediblər.

Treninqlərin yekunu olaraq bundan sonra vəziyyətin öyrənilməsi üçün tibb müəssisələrində monitorinqlərin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR