Bank Of Baku

Dillər Universitetində yeni ixtisaslar açılıb

Dillər Universitetində yeni ixtisaslar açılıb
# 12 sentyabr 2011 11:27 (UTC +04:00)
Bakı - APA. 2011-2012-ci tədris ilində Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsində bakalavr pilləsi üzrə iki yeni - Yaponşünaslıq və Ərəbşünaslıq, magistr pilləsi üzrə isə üç yeni - Müqayisəli dilçilik, Koreya dili - tərcümə, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodologiyası və metodikası ixtisasları açılıb. ADU-dan APA-ya verilən məlumata görə, 10 nəfər tələbə Yaponşünaslıq, eyni sayda tələbə isə Ərəbşünaslıq ixtisası üzrə Dillər Universitetində təhsil alacaqlar.

Tələbələr təhsillərini Bolonya prosesinin tələblərinə uyğun olaraq kredit sistemi üzrə alacaq və öz sahələri üzrə peşəkarlaşacaqlar. Tələbələrin gələcəkdə ölkə daxilində və xaricdə ixtisasartırma kursları və mübadilə proqramlarında iştirakı da nəzərdə tutulur.

Xatırladaq ki, ADU 2005-2006-cı tədris ilindən Bolonya prosesinə qoşulub və bu ilk dəfə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR