Bank Of Baku

Azərbaycanda əhalinin 25 faizinin çəkisi normadan artıqdır

Azərbaycanda əhalinin 25 faizinin çəkisi normadan artıqdır
# 12 sentyabr 2011 11:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı- APA. 2006-cı ildən başlayaraq Azərbaycanda alkoqollu içiklərinn istifadəsi azalıb. APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələyinin milli mütəxəssisi Sevil Əsədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ən çox ölüm halları ürək-damar xəstəlikləri səbəbindən baş verir: “Ona görə də hazırda bu xəstəliyi yaradan risklərlə bağlı araşdırmalar aparılır. Bu risklər arasında tütün məmulatları, alkoqollu içkilərin istifadəsi, aktiv olmayan həyat tərzi və anormal qidalanma faktorları böyük rol oynayır”.

S. Əsədovanın sözlərinə görə araşdırma nəticəsində məlum olub ki, Azərbaycanda əhalinin 25 faizinin çəkisi normadan çoxdur: “Bu, qidalanma ilə əlaqədardır və risk faktorunu artırır. Gələn ildən Azərbaycanda risk faktorları haqqında əhalini məlumatlandırmaq üçün konsepsiya hazırlanacaq. Orada göstəriləcək ki, aktiv olmayan həyat tərzi, tütün məmulatı və alkoqoldan istifadə, həmçinin anormal qidalanma hansı nəticələrə gətirib çıxarır”.

S. Əsədova deyib ki, Azərbaycanda ət və kərə yağından çox, süd və meyvə-tərəvəzdən az istifadə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR