Bank Of Baku

TQDK sədri: “Saxta nəşrlərin arxasında dayanan qüvvələrlə Azərbaycanda hələlik heç kəs bacarmır”

TQDK sədri: “Saxta nəşrlərin arxasında dayanan qüvvələrlə Azərbaycanda hələlik heç kəs bacarmır”
# 12 sentyabr 2011 11:40 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, ekoloji cəhətdən təmiz materiallardan hazırlanan kitablar saxta nəşrlərin qarşısını almağa da kömək edəcək: “Bu kitablar yeni poliqrafik metodla çap olunub. Kitabların üz qabığı metal təbəqəli laminasiya plyonkadan, içərisi göz yormayan kağızdandır. Saxta materialların satışı ilə biz çox zaman bacarmırıq. Yenə də müəyyən adamlar bu nəşrləri buraxır. Baxmayaraq ki, dəfələrlə reydlər keçiririk, müvafiq dövlət qurumlarına müraciətlər edirik, açıq deyirəm ki, saxta nəşrlərin arxasında duran qüvvələrlə Azərbaycanda hələ ki, heç kəs bacarmir”.

TQDK sədri deyib ki, saxta nəşrlərin qarşısını almaq üçün komissiyanın saytında online-satış təşkil olunub. TQDK-nın nəşrlərini elektron şəkildə sifariş edən valideynlərə kitabların qiymətində 30 faiz güzəşt ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR