Bank Of Baku

Bakı Dövlət Universiteti dünyanın 700 universiteti siyahısına daxil olub

Bakı Dövlət Universiteti dünyanın 700 universiteti siyahısına daxil olub
# 12 sentyabr 2011 13:52 (UTC +04:00)
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub. Dünyanın ən yaxşı təhsil müəssisələrinin siyahısına bu il daha 80 yeni universitet əlavə edilib. Onlardan 18-i Mərkəzi Avropa və keçmiş Sovet İttifaqı məkanında yerləşən universitetlərdir. Qiymətləndirmə zamanı beş əsas göstərici - tələbə və professorların nisbəti, tələbə və professor-müəllimlərin beynəlmiləlləşdirilmə səviyyəsi, sitat gətirmə indeksi, işəgötürənlər arasında nüfuzu və akademik nüfuzu nəzərə alınıb.

Bu yaxınlarda Parisdə keçirilən UNESKO-nun son konfransında hazırda dünyada 20,000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4% təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.

Qeyd edək ki, “QS World University Rankings” (təsisçisi Böyük Britaniyadan Quacquarelli Symondsdur) və ARWU-500 (Academic Ranking of World Universities, Şanxay Universitetinin Ali Təhsil İnstitutu tərəfindən tərtib olunur) universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR