Bank Of Baku

Azərbaycan prezidenti Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib

Azərbaycan prezidenti Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
# 12 sentyabr 2011 15:45 (UTC +04:00)
APA-nın məlumatına görə, M. Çan ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, dünyanın 53 ölkəsini təmsil edən nümayəndə heyətlərinin bu tədbirdə iştirakının ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq baxımından önəmini qeyd edib.

Öz növbəsində, dövlət başçısı ÜST-nin Avropa Regional Komitəsinin 61-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident dünyanın müxtəlif ölkələrindən olan nümayəndə heyətlərinin Azərbaycanla, o cümlədən ölkəmizdə səhiyyə sahəsində görülən işlərlə yaxından tanış olması üçün bu tədbirin yaxşı fürsət yaratdığını bildirib.

Dövlət başçısı ÜST-nin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Təşkilatla Azərbaycanın müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edən prezident bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR