Bank Of Baku

Prezident İlham Əliyev: “Son illər Azərbaycanda səhiyyə sahəsinə ayrılan dövlət büdcə xərcləri səkkiz dəfədən çox artıb”

Prezident İlham Əliyev: “Son illər Azərbaycanda səhiyyə sahəsinə ayrılan dövlət büdcə xərcləri səkkiz dəfədən çox artıb”
# 12 sentyabr 2011 16:58 (UTC +04:00)
Bunu Azərbaycan prezidenti ilham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin Bakıda keçirilən 61-ci sessiyasının açılışın açılış mərasimindəki çıxışında deyib.

Sessiyanın işinin uğurlu olacağına əminliyini bildirən dövlət başçısı ÜST ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıb və bunun Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Prezident ÜST-nin baş direktoru Marqaret Çanın bu sahədə xidmətlərini yüksək qiymətləndirib.

Son illərdə Azərbaycanda səhiyyə sahəsinə ayrılan dövlət büdcə xərclərinin səkkiz dəfədən çox artdığını deyən dövlət başçısı insanların sağlamlığının təmin edilməsi, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ölkədə konkret addımların atıldığını bildirib.

“Bizim planlarımız çoxdur” deyən prezident qeyd edib ki, sağlamlıqla bağlı digər sahələrə də Azərbaycanda böyük diqqət göstərilir: “Ekoloji problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. 2013-cü ilədək Azərbaycanda əhaliyə verilən içməli su ÜST-nin standartlarına uyğun olmalıdır. İnsan sağlamlığını şərtləndirən amillərdən biri kimi Azərbaycanda idmanın inkişafına da diqqət göstərilir. Bununla yanaşı, ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparılır. Çünki gənclərin sağlam böyüməsi gələcəkdə səhiyyə problemlərinin azalmasına gətirib çıxaracaq”.

Azərbaycanın son yeddi ildə dünya iqtisadiyyatında birinci olduğunu deyən dövlət başçısı məhz bu uğurlar nəticəsində ölkədə yoxsulluğun azaldığını, bu səviyyənin 49 faizdən 9 faizə düşdüyünü, 125 min aztəminatlı ailənin dövlətdən ünvanlı sosial yardım aldığını, bu il pensiyaların 40 faiz artdığını qeyd edib. Prezident vurğulayıb ki, bütün bunlar bu kateqoriyadan olan insanların sağlamlığına verilən töhfədir. “İnsan inkişafı indeksinə görə Azərbaycan son beş ildə dünyada ən böyük inkişafa nail olub” deyən dövlət başçısı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə də Azərbaycanın dünyada öncül yerlərdən birini tutduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR