Bank Of Baku

Gürcüstanda Azərbaycan dilli məktəblərdə dərslik çatışmır

Gürcüstanda Azərbaycan dilli məktəblərdə dərslik çatışmır
# 13 sentyabr 2011 06:56 (UTC +04:00)
Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayon Təhsil resursları mərkəzinin rəhbəri Kamandar İsmayılov bildirib. Onun sözlərinə görə, bu il Azərbaycan dilli məktəblərə 1500 nəfər birinci sinif şagirdi gedəcək. Onlar üçün hələ də dərslik ayrılmayıb: “Hər şagird üçün dərslik 100 lariyə başa gəlir.”
K. İsmayılov onu da deyib ki, Gürcüstan hökuməti yeni dərs ilində dərsə gələn birincilərə kompüter ayırıb.
Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-ya dərsliklərin çatışmaması barədə məlumatlarının olduğunu bildiriblər: “Hər il olduğu kimi, bu il də Azərbaycan Təhsil Nazirliyi dərsliklərlə bağlı Gürcüstanın Elm Və Təhsil Nazirliyinə sorğu göndərib. Lakin nə keçən il, nə də bu il sorğuya cavab veriməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR