Bank Of Baku

İDEA Ətraf Mühit Kampaniyası gənc ekoloqların beynəlxalq düşərgəsini keçirəcək

İDEA Ətraf Mühit Kampaniyası gənc ekoloqların beynəlxalq düşərgəsini keçirəcək
# 13 sentyabr 2011 08:05 (UTC +04:00)
İDEA Kampaniyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşərgə 24-27 noyabr, 2011-ci il tarixlərində Azərbaycanın Qəbələ rayonunda keçiriləcək.
Düşərgənin keçirilməsinin əsas məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında , regional əməkdaşlıqlar və şəbəkələşmə vasitəsilə işgüzar əlaqələrinin qurulmasına töhfə verməkdir. Bundan əlavə, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, o cümlədən, gənc ekoloqların öz icmalarında rolunu gücləndirmək və onların ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün səfir olmağa təşviq etmək düşərgənin əsas vəzifələrindəndir.
Üç gün davam edəcək gənclər düşərgəsi açılış mərasimi ilə başlayıb, üç müxtəlif mövzularda keçiriləcək seminarlar və təlim kursları ilə davam edəcək. Düşərgənin işçi dili ingilis və rus dilləridir. Tədbirin açılış mərasimində Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, habelə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri iştirak edəcəklər. Düşərgədə dünyanın müxtəlif ölkələrindən 100-dən artıq gənc ekoloqun iştirakı nəzərdə tutulur.
Düşərgənin əsas panel mövzuları aşağıdakılardır:
- Yeni və yaranmaqda olan qlobal ekoloji problemlərin həllində gənclərin rolu
- Ətraf-mühit üzrə əməkdaşlıq üçün perspektivlər - şəbəkə və ictimaiyyətə dəstək layihələri
- Yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi
Qeyd edək ki, Cənubi Qafqaz regionunda gedən sürətli inkişaf və sənayeləşmə son illərdə bir çox ekoloji məsələləri ön plana çıxarıb. Təbii neft və qaz ehtiyatları ilə zəngin olan regionda yerləşən bir ölkə kimi Azərbaycan da öz növbəsində ekoloji problemlərin yaratdığı təhlükələrin qarşısını almaq üçün cəmiyyətin səylərini mərkəzləşdirməyə və doğru istiqamətə yönəltməyə cəhd göstərib. Bu məqsədlə, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilib. Gənc ölkə olmasına baxmayaraq, Azərbaycan ətraf mühitin qorunmasını özündə ehtiva edən sənaye və biznes növlərinə daha çox üstünlük verilməsini, gənc nəslin maarifləndirilməsi və ətraf mühitin qorunmasında ön sıralarda yer almasını təmin edir. Günümüzün ətraf mühit problemlərinin həllinin təxirəsalınmazlığını anlayan yeni gənc nəsil ətraf mühitin qorunması üçün ortaq məqsədlə yaşamalıdır.
IDEA Ətraf Mühit Kampaniyası 12 İyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Kampaniyanın əsas vəzifəsi gəncləri bir araya gətirərək, onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmaq və həvəsləndirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR