Bank Of Baku

Rusiya səhiyyə nazirinin müavini: “Səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıq iki ölkənin xeyrinədir”

Rusiya səhiyyə nazirinin müavini: “Səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıq iki ölkənin xeyrinədir”
# 13 sentyabr 2011 08:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini Veronika Skvortsova deyib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla əlaqələrin həmişə qorunmasını istəyir: “Biz əminik ki, səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıq iki ölkənin xeyrinədir. Rusiya öz müsbət nailiyyətlərini bölüşməyə hazırdır. Burada vacib məsələ qeyri infeksion xəstəliklərlə mübarizə konsepsiyasıdır. Bu xəstəliklər dünyada ölümlərin və əlilliyin əsas səbəbinə çevrilib. Rusiya qeyri infeksion xəstəliklərlə mübarizə konsepsiyasının hazırlanmasında başqa ölkələrlə birlikdə çox aktiv iştirak edir”.

V. Skvortsova qeyd edib ki, gələn həftə BMT-nin baş Assambleyasında qeyri infeksion xəstəliklərlə bağlı geniş iclas keçiriləcək: “Bu problem həll etməyincə insanların rifahının və sağlamlığının qeydinə qalmaq mümkün deyil. Bu problemin həllinə 30 trilyon dollar lazımdır”.

Rusiya səhiyyə nazirinin müavini Azərbaycanda gördükləri dəyişiklikləri çox dəyərləndirdiklərini deyib: “Azərbaycanda həm iqtisadi, həm də ictimai-siyasi həm də səhiyyə sahəsində vəziyyət dəyişib. Bu, bizi çox sevindirir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR