Bank Of Baku

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”ə 94 müraciət daxil olub

Ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”ə 94 müraciət daxil olub
# 13 sentyabr 2011 09:08 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən “Qaynar xətt”inə avqust ayı ərzində 94 müraciət daxil olub və nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb. Bu barədə APA-ya ETSN-in mətbuat xidmətindən bildirilib. Ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 16 müraciət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 7 şikayət üzrə fakt təsdiqlənib və qanuna müvafiq tədbirlər görülüb, 8 müraciət öz təsdiqini tapmayıb, 1 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 42 müraciətə yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilib.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanması və meşələrin qanunsuz qırılması ilə əlaqədar daxil olmuş 36 müraciətdən 13-ü ilə bağlı qanuna müvafiq tədbirlər görülüb, 6 müraciət icradadır. 17 müraciət isə nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülüb.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR