Bank Of Baku

Sevil Əsədova: “Siqaretin tək-tək satılması düzgün sayılmasa da, Azərbaycanda buna əməl edilmir”

Sevil Əsədova: “Siqaretin tək-tək satılması düzgün sayılmasa da, Azərbaycanda buna əməl edilmir”
# 13 sentyabr 2011 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sevil Əsədova bildirib. O, qeyd edib ki, konvensiyada tütündən azad zonanın yaradılması nəzərdə tutulub: “Konvensiyaya görə ictimai yerlərdə tütündən istifadə qadağan olunub. Çünki tütün tək ondan istifadə edənə yox, ətrafdakılara da zərər verir. Buna passiv tütün çəkmə deyilir. Hər il də dünyada 600 min nəfər passiv tütünçəkmədən həyatını dəyişən insanlar var.”

S. Əsədova deyib ki, konvensiyada nəzərdə tutulan tütün məhsullarının reklam olunmasının qadağası Azərbaycanda həyata keçirilir. Amma siqaretin tək-tək satılması düzgün sayılmasa da, Azərbaycanda buna əməl edilmir: “İctimai yerlərdə tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı biz Milli Məclislə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda bununla bağlı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR