Bank Of Baku

“Kaspi” Təhsil Şurası Daxili İşlər Nazirliyi ilə birlikdə layihə həyata keçirəcək

“Kaspi” Təhsil Şurası Daxili İşlər Nazirliyi ilə birlikdə layihə həyata keçirəcək
# 13 sentyabr 2011 11:13 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə bu illər ərzində görülən işlərdən, həmçinin mərkəzin nəzdində yeni fəaliyyətə başlayan xarici dil bölməsi və “Kaspi körpələr” adlı layihənin nailiyyətlərindən söhbət açılıb.

“Kaspi” Təhsil Şurasının sədri Sona Vəliyeva bildirib ki, rəhbərlik etdiyi müəssisə Daxili İşlər Nazirliyi ilə birgə layihə həyata keçirəcək: “Bu layihə əsasında nazirliyin işçilərinə mərkəzdə fəaliyyət göstərən xarici dil kurslarında ingilis dili öyrədiləcək. Burada məqsəd gələn ilin may ayında Bakıda təşkil olunan “Eurovision 2012” mahnı müsabiqəsi zamanı ictimai asayişin daha yaxşı mühafizəsinə nail olmaq və xaricdən gələn qonaqlarda ölkəmiz haqqında yaxşı təəssüratlar yaratmaqdır”.

Tədbirdə professor Yəhya Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva və başqaları çıxış ediblər. Daha sonra Kaspi Təhsil Mərkəzinin yeni nəşrləri haqqında məlumat verilib və diskussiyalar aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR