Bank Of Baku

TQDK-nın keçirdiyi sınaq imtahanları ilə bağlı sayt yaradılacaq

TQDK-nın keçirdiyi sınaq imtahanları ilə bağlı sayt yaradılacaq
# 13 sentyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanları ilə bağlı ayrıca sayt yaradılacaq. Bunu etməkdə məqsəd TQDK-nın saytına girişi asanlaşdırmaq və əlavə yükləmənin qarşısını almaqdır”. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, adətən qəbul prosesi zamanı TQDK-nın saytında yüklənmələr olur, nəticədə sayta giriş çətinləşir.

TQDK sədri deyib ki, bir il ərzində bu problem həll ediləcək və sınaq imtahanlarının nəticələrinə daxil olma ilə TQDK saytına daxil olma kəsişməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR