Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Aqis Tsouros: “Miqrantların sağlamlıq hüquqları qorunmalıdır, onlara virus mənbəyi kimi baxmaq olmaz”

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Aqis Tsouros: “Miqrantların sağlamlıq hüquqları qorunmalıdır, onlara virus mənbəyi kimi baxmaq olmaz”
# 13 sentyabr 2011 11:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Miqrantlar da insandır və onların hüquqları, həmçinin sağlamlıq hüquqları qorunmalıdır. Bunun üçün hər bir ölkədə qiymətləndirmə mexanizmi olmalıdır. Yəni hər hansı bir miqrant xəstəlik daşıyıcıdırsa, o müalicə edilməli və digər əhali bundan qorunmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional bürosunun Strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Aqis Tsouros deyib. Onun sözlərinə görə, miqrant qeyri-leqal olsa da, onun müalicəsi təmin edilməlidir: “Qeyri-leqal miqrant qorxmamalıdır ki, o hansısa tibb müəssisəsinə müraciət etsə, onunla bağlı hüquq-mühafizə orqanlarına xəbərdarlıqlar ediləcək. Qeyri qanuni miqrantların səhiyyədən uzaq düşməsi bu sistem üçün təhlükəlidir. Onlar da vaxtında müalicə edilməlidirlər. Onlara virus mənbəyi kimi baxılmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR