Bank Of Baku

Zaqatalada yeni körpü istifadəyə verilib

Zaqatalada yeni körpü istifadəyə verilib
# 13 sentyabr 2011 12:31 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda yeni körpü tikilib. Zaqatala rayon İcra Hakimiyyətindən (İH) APA-ya verilən məlumata görə, rayonun Dardoqqaz kəndində Miciqar çayı üzərində tikilən körpü bu gün sakinlərin istifadəsinə verilib. Bu münasibətlə keçirilən mərasimdə Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri iştirak ediblər. Yeni tikilən bir aşırımlı körpünün uzunluğu 24, eni 10 metrdir. Körpünün tikintisinə daxili imkanlar hesabına 553 min manat vəsait xərclənib. Yeni tikilən körpüdən kənd sakinləri ilə birgə ətraf kəndlərin (Maqov, Danaçı, Aşağı Çardaqlar) sakinləri də istifadə edəcək.
Qeyd edək ki, kəndi iki hissəyə ayıran Miciqar çayı üzərində olan əvvəlki körpü sel suları nəticəsində qəzalı vəziyyətə düşmüşdü.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR