Bank Of Baku

Qayayadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb

Qayayadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb
# 14 sentyabr 2011 07:26 (UTC +04:00)
Bakı – APA. Bakı şəhərindəki “Green Rock” süni Qayayadırmanma Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən İdman Qayayadırmanması üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından APA-ya verilən məlumata görə, çempionatda Gürcüstan idmançıları da iştirak edib və ilk yerlərə sahib olublar: “Kişilər arasında daha təcrübəli Gürcüstan idmançılarının çempionatda birincilik qazanması ilə belə nəticəyə gəlmək olar ki, Azərbaycan idmançıları bu sahədə daha çox çalışmalı və bu tip yarışlarla təcrübələrini artırmalıdırlar.
Buna baxmayaraq, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası dinamik inkişaf mərhələsinə qədəm qoyaraq müxtəlif yarışlarda məharətlə çıxış etməyi bacaran yeni idmançılar yetişdirib. Bu çempionatda federasiyaya daxil olan klubların gənc üzvlərinin göstərdikləri nəticələr bunu deməyə əsas verir”.
Qeyd olunub ki, qadınlar arasında keçirilən yarışmada Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının idmançısı Könül Hüseynova çempionatın ən yüksək göstəricisi ilə – 197 xalla birincilik qazanıb. Kişilər arasında keçirilən yarışlarda isə Gürcüstan idmançılarından geri qalsalar da, federasiyanın üzvləri Renat Salikov və digərləri sonrakı yerləri bölüşməyə müvəffəq olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR