Bank Of Baku

TQDK sədri: “Rezidentura ilə bağlı aparılan müzakirələr Tibb Universitetində tədris problemlərini də gündəmə gətirib”

TQDK sədri: “Rezidentura ilə bağlı aparılan müzakirələr Tibb Universitetində tədris problemlərini də gündəmə gətirib”
# 14 sentyabr 2011 10:03 (UTC +04:00)
Yarım ildə biz bu işin öhdəsindən gəldik”. Bu barədə APA-ya açıqlamasında TQDK sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, rezidentura ilə bağlı aparılan müzakirələr təkcə imtahana aid məsələləri deyil, eləcə də Azərbaycan Tibb Universitetində (ATU) tədris problemləri, dərsliklərin, tədris proqramlarının müasirləşdirilməsi məsələlərini də gündəmə gətirib: “Çünki rezidentura imtahanlarını hazırlayanda götürdüyümüz kriterilər dünya kriterilərinə uyğun olmalıdır. Biz gördük ki, bu kriterilərlə yazılmayan kitablar, dərsliklər var. Müəyyən fənlər üzrə ümumiyyətlə dərsliklərin olmaması çətinlik yarada bilər. İctimaiyyətə təqdim olunan bu imtahanlar bir nov hələlik ortaq variantdır. Amma gələcəkdə bizim bu imtahanlar tibb elmləri sahəsində tədris prosesinə çox ciddi təsir göstərəcək. Bizim məzunlar hər il olduğu kimi Türkiyənin uzmanlıq imtahanında yaxşı nəticələr əldə edirlər. Amma onlar xüsusi proqram üzrə özləri məşğul olurlar. Ona görə yox ki, imtahanda tələb olunan bilikləri Tibb Universitetində toplayırlar. Belə olmamalıdır ki, rezidentura imtahanlarında bu uşaqlardan dərslərdən əlavə dərslər də tələb etsinlər. Bu dərslər özü müasirləşməlidir, dəyişməlidir. Mən ümidvaram ki, belə də olacaq”.

TQDK sədri deyib ki, rezidenturaya gedən insanlardan çox ciddi yanaşma tələb ediləcək: “İndi IV qrupa gedənlərin sayı da azalacaq. Bu qrupa gedən insanlar öz seçimlərinə daha məsuliyyətli yanaşacaqlar. Həkimlik çox məsuliyyətli ixtisasdır. Təbii ki, hər bir ixtisas məsuliyyətlidir. Memar da yaxşı memar deyilsə, elə bina tikə bilər ki, insanlar tələf olar. Amma həkimlik elə bir ixtisasdır ki, hətta poliklinikada işləyəndə belə hansısa dərmanı düz yazmayanda kimisə öldürə bilər. Ona görə də rezidenturaya gedənlərdən çox ciddi yanaşma tələb olunacaq”.

M. Abbaszadə xatırladıb ki, rezidenturaya sınaq imtahanlarında iştirak edənlərin əksəriyyəti qızlar olub: “ATU-a qəbul olunanların da 70 faizi qızlardır. Biz isə istəyirik ki, gender balansı heç olmasa oğlanların xeyrinə olsun. Çünki həkim olmaq çox böyük, məsuliyyətli sənətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR