Bank Of Baku

ÜST-ün proqram rəhbəri: “Dünyada 34 milyon insan İİV infeksiyası daşıyıcısıdır”

ÜST-ün proqram rəhbəri: “Dünyada 34 milyon insan İİV infeksiyası daşıyıcısıdır”
# 14 sentyabr 2011 10:54 (UTC +04:00)
APA-nın məlumatına görə, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə İİV/AİDS proqramımın rəhbəri Martin Donoxyu bildirib. O qeyd edib ki, AİDS xəstəliyi Avropanın şərq hissəsində daha çox yayılıb. Orada bu xəstələrin 20 faizi müalicə alır. M. Donoxyu dünyada bu xəstəliyin qarşısının alınması və müalicəsi üçün 6 milyard dollar lazım olduğunu deyib. Proqram rəhbəri qeyd edib ki, bu məqsədlə profilaktik tədbirlərdən istifadə edilsə, tələb olunan vəsait 4-5 dəfə azaldıla bilər. Onun sözlərinə görə, Avropada bu xəstələrdən 50 faizi müalicə alır.

M. Donoxyu onu da deyib ki, ÜST-ün Avropa Regional Bürosunun Bakıda keçirilən 61-ci sessiyası çərçivəsində Avropa regionunda İİV infeksiyasının artımının dayandırılması üzrə fəaliyyət planı üzv ölkələrə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR