Bank Of Baku

Oqtay Şirəliyev Türkiyəyə gedəcək

Oqtay Şirəliyev Türkiyəyə gedəcək
# 14 sentyabr 2011 11:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ikitərəfli görüşlər keçirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə türkiyəli nazir ölkəsində son illər ərzində əldə etdikləri nailiyyətlərdən danışaraq bu təcrübənin Azərbaycanla paylaşmanın tərəfdaşı olduğunu söyləyib. Bunun üçün azərbaycanlı müdavimlərə istər Bakıda istərsə də Türkiyədə master-klassların keçirilməsini təklif edib. Nazir son illər ərzində Türkiyə səhiyyəsinə Avropa ölkələrinin də diqqətinin artığını, bu ölkələrdən müalicə almaq üçün Türkiyə üz tutan xəstələrinin sayının artması faktını qeyd edib.

Türkiyədə özəl sektorun inkişafı, yoluxucu xəstəliklərlə mübarizə planının tətbiqi, xəstəxanalarda qurulmuş iş prinsipi və Türkiyədə 2016-cı ilə kimi səhiyyə sahəsində nəzərdə tutulmuş planlardan danışan R. Akdağ Azərbaycanla əməkdaşlığı yeniləmək və daha da genişləndirmək təklifini irəli sürüb. R. Akdağ Şirəliyevi Türkiyəyə səfərə dəvət edib. Təklif qəbul olunub.

Sessiya çərçivəsində O. Şirəliyev, həmçinin Estoniyanın sosial işlər naziri Hanno Revkuru, Maltanın Yaşlı insanlar və əhaliyə xidmət naziri Josef R.Cassarı, Sloveniyanın səhiyyə naziri Dorijan Marişici və Bosniya-Herseqovinanın Milli İşlər naziri Sredoje Mülni ilə görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR