Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatında islahatların aparılması nəzərdə tutulur

Ümumdünya Səhiyyə Təşkilatında islahatların aparılması nəzərdə tutulur
# 14 sentyabr 2011 12:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Suzanna Jakob bildirib: “Bu gün müzakirə olunan məsələlərdən biri də ÜST-də islahatların aparılmasıdır. Hazırda ÜST belə islahatların aparılması ərəfəsindədir, bununla bağlı işlər də görülür”.

Büro rəhbərinin sözlərinə görə, ÜST-ün İcraçı Şurası və Dünya Səhiyyə Assambleyası kimi hər iki idarəçilik qurumlarından təklif olunub ki, bütün regional idarələr islahatlarla bağlı müzakirələr aparsın. Nəticələr barədə isə ÜST-ün adıçəkilən iki qurumuna məruzə etsinlər. Buna uyğun olaraq, da son qərarlar qəbul ediləcək. Büro rəhbəri deyib ki, bu islahatlar ÜST-ün fəaliyyətinin və dünyada bu təşkilat tərəfindən aparılan işlərin effektivliyinin artırılmasına xidmət edəcək.

S.Jakob qeyd edib ki, ÜST səhiyyə sisteminin gücləndirilməsi üçün
ictimai səhiyyə islahatlarına diqqət yetirir: “Təşkilat bununla gələcəkdə
sağlam həyat tərzinin təbliği və xəstəliklərin profilaktikasının daha
da gücləndirilməsinə nail olmağa çalışır. Buna görə də ölkələr
profilaktika məsələlərinin gücləndirilməsinə üstünlük verirlər”.

Komitə rəhbəri ÜST-ün 61-ci sessiyasında Azərbaycanın səsləndirdiyi
təklifdən razı qaldığını da söyləyib: “Azərbaycan tərəfinin qeyd etdiyi məsələlərdən biri də odur ki, istənilən ölkəyə gələn ekspertlərin biliyi, təcrübəsi olmalı, gəldikləri ölkəni tanımalı, onun xüsusiyyətlərini bilməlidirlər. Mən də bu təkliflə tam razıyam. Biz də fikirləşirik ki, ÜST-ə yeni işçilər gəldikdə onlar müvafiq təlim almalı və ölkələrlə tanışlığı
həyata keçirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR