Bank Of Baku

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı son bir ildə 10% artıb

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı son bir ildə 10% artıb
# 14 sentyabr 2011 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 367,5 min nəfər olub və onların 856,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 510,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, muzdla işləyənlərin 25,1%-i təhsildə, 19,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 11,9%-i sənayedə, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6%-i tikintidə, 4,8%-i nəqliyyat və anbar təsərrüfatında, 4%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsində, 3,3%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində, 1,7%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində və 11,7%-i iqtisadiyyatın digər sahələrində məşğul olub. Muzdlu əsaslarla çalışan işçilərin 20,9%-i məhsul istehsalı sahələrində cəmlənib.

«Cari ilin yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8% artaraq 353,7 manat təşkil edib. Əmək haqlarının artımı inflyasiya səviyyəsini üstələyib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR