Bank Of Baku

TQDK ali təhsil üzrə elmi-metodiki seminarlara başlayır

TQDK ali təhsil üzrə elmi-metodiki seminarlara başlayır
# 14 sentyabr 2011 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sabahdan ali təhsil üzrə elmi-metodiki seminarlara başlayacaq. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminarlar cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparmaq, qəbul imtahanları üçün proqramları və test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə təşkil edilir. Seminarlar informatika, psixometriya və xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri) üzrə təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR