Bank Of Baku

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar aparılan tədqiqatlara yaponiyalı və hollandiyalı mütəxəssislər cəlb olunub

Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar aparılan tədqiqatlara yaponiyalı və hollandiyalı mütəxəssislər cəlb olunub
# 14 sentyabr 2011 14:25 (UTC +04:00)
Tədqiqat işlərində Azərbaycanın Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Respublika Seysmoloji Xidmət Mərkəzi də yaxından iştirak edəcək. Bu gün tədqiqat aparacaq qrupun ilk toplantısı keçirilib. Lakin hələlik iş bölgüsü müəyyən edilməyib. Yeni tədqiqat qrupu Bayıl yamacında baş verən sürüşməni dərindən araşdırıb, qarşısını almaq üçün görüləcək tədbirləri müəyyənləşdirəcək.

Qeyd edək ki, Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Təhlükə zonası “Əbədi məşəl” kompleksinin yaxınlığından “Gülüstan” sarayına doğru uzanan ərazini əhatə edir. Ərazidə kiçik çatlar əmələ gəlib, Fövqəladə Hallar Nazirliyinin qüvvələri təhlükə zonasında bərkitmə işləri aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR