Bank Of Baku

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti başa çatıb

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti başa çatıb
# 14 sentyabr 2011 14:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin qeydiyyat müddəti başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, qeydiyyatdan keçməyən şəxslərin qəbul əmrləri orta ixtisas məktəbinə göndərilməyəcək.
9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə imtahan avqustun 28-də keçirilib. Bu tədris ili üçün ümumi orta təhsil bazasında ayrılmış 9642 plan yerinə 31251 abituriyent sənəd verib. Onlardan 30768 nəfəri imtahanda iştirak edib, 442 abituriyent imtahana gəlməyib. Abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv olunub. Abituriyentlərdən 9227 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR