Bank Of Baku

ÜST-ün Avropa Regional Bürosunun Bakıda keçirilən 61-ci sessiyasında iştirak edən ölkələr öz təkliflərini veriblər

ÜST-ün Avropa Regional Bürosunun Bakıda keçirilən 61-ci sessiyasında iştirak edən ölkələr öz təkliflərini veriblər
# 14 sentyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyasının bu gün keçirilən iş günündə qeyri-yoluxucu xroniki xəstəliklər, HİV, QİÇS, spirtli içkilərlə bağlı problemlər, səhiyyə siyasəti konsepsiyası və digər məsələlər ətrafında aparılan müzakirələrin nəticəsi olaraq iştirak edən ölkələr öz təkliflərini veriblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sessiyada ÜST Avropa Regional Bürosunun direktoru Suzanna Jakab həyata keçiriləcək islahatlar barədə məruzə ilə çıxış edib. Sonra müxtəlif ölkələrin nümayəndələri məruzə ətrafında müzakirələr aparıblar. Onlar islahatlar prosesini dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, sessiya sentyabrın 15-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR