Bank Of Baku

Şəkidə prezidentin sərəncamına həsr olunmuş ümumrayon yığıncağı keçirilib

Şəkidə prezidentin sərəncamına həsr olunmuş ümumrayon yığıncağı keçirilib
# 14 sentyabr 2011 18:23 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəki şəhərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı “Şəkinin sosial - iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamına həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Şəki şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Şəki şəhər icra hakimiyyətində keçirilən yığıncaqda rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ziyalıları iştirak edib. Yığıncaqda çıxış edən Şəki şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov ölkə başçısının 12 sentyabr 2011-ci il tarixli “Şəkinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamından irəli gələn vəzifələr barədə məlumat verərək bütün şəkililəri təbrik etdi. Sözügedən sərəncamın mövcud problemlərin aradan qaldırılmasına böyük təkan verdiyini nəzərə çatdıran rayon rəhbəri sərəncama görə bütün şəkililər adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, sərəncama əsasən şəhərin inkişafı, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasını təmin etmək məqsədilə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub. Əsasən Şəkinin sosial-iqtisadi inkişafını sürətləndirmək, şəhərin milli-memarlıq üslubunu qoruyub saxlamaq, ərazinin infrastrukturunun yenidən qurulması, şəhərin turizm potensialını genişləndirmək, tarixi abidələri qoruyub saxlamaq və bərpa etmək, xalq tətbiqi sənətini daha da inkişaf etdirmək məqsədilə imzalanan sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şəki şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb və sərəncamın icrası 2030-cu ilə qədər davam edəcək. Yığıncaqda çıxış edən natiqlər Şəkiyə göstərdiyi belə diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər və bu sərəncamın hər bir şəkilinin ürəyincə olduğu söylənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR