Bank Of Baku

Bakıda hemofiliya və digər qan xəstəliklərinə dair ümumrespublika konfransı keçirilir - FOTO

Bakıda  hemofiliya və digər qan xəstəliklərinə dair ümumrespublika konfransı keçirilir - <font color=red>FOTO</font>
# 15 sentyabr 2011 08:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda hemofiliya və digər qan xəstəliklərinə dair ümumrespublika konfransı keçirilir. APA-nın məlumatına görə, konfransda respublikanın 8 regionundan hematoloqlar və pediatrlar iştirak edirlər. Konfransın açılışında çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova bildirib ki, hazırda Azərbaycanda hemofiliyalı xəstələr haqqında məlumat bankı yaradılıb. Bu banka Səhiyyə Nazirliyi tərəfindən nəzarət ediləcək və hər bir xəstə dərman preparatları ilə vaxtında təmin olunacaq. Elektron məlumat bankı regionlarda da yaradılacaq. 2012-ci ilin ortalarına qədər bu iş tamamilə başa çatacaq. Beləliklə, hər bir xəstə üçün müalicə əlçatan olacaq. Hazırda Azərbaycanda 1300-dən çox hemofliyalı xəstə var. Onlardan 50-60 faizini məktəbəqədər və məktəb yaşlı uşaqlar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR