Bank Of Baku

Yeni tədris ilinin başlanması ilə bağlı Azərbaycanın şimal-qərb bölgəsində 4 yeni məktəb binası istifadəyə verilib

Yeni tədris ilinin başlanması ilə bağlı Azərbaycanın şimal-qərb bölgəsində 4 yeni məktəb binası istifadəyə verilib
# 15 sentyabr 2011 08:39 (UTC +04:00)
Şəki-Balakən. Vüqar Heydərov - APA. 2011-2012-ci yeni tədris ilinin başlanması münasibətilə respublikanın şimal-qərb bölgəsində 4 yeni məktəb binası istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, Regionların sosial-iqtisad inkişafı Dövlət Proqramına uyğun olaraq, Təhsil Nazirliyinin sifarişi ilə dövlət vəsaiti hesabına Balakən rayonunun Katex kəndində 220 yerlik 2 saylı tam orta məktəb, Zaqatala rayonunun Aşağı Çardaqlar kəndində 220 yerlik məktəb binası, Qax rayonun Qıpçaq kəndində 180 yerlik yeni məktəb binası və Şəki rayonunun Baş Kəldək kəndində 180 yerlik yeni məktəb binası tikilib. Balakən, Zaqatala, Qax və Şəki rayonlarının icra hakimiyyəti aparatlarından APA-ya verilən məlumata görə, rayonlarda yeni məktəb binasının tikilməsi ilə yanaşı bir çox məktəb binaları əsaslı və cari təmir edilib. Rayonlarda yeni məktəb binalarının tikintisi davam etdirilir.

Şəki rayonunda 2003-cü ildən bu günə kimi 21 yeni məktəb binası tikilib istifadəyə verilib. İlin sonuna kimi Çələbixan qəsəbəsində 180, Sorsu və Aşağı Laysqi kəndlərinin hər birində 360, Şəki şəhərindəki 5 saylı orta məktəb üçünsə 320 yerlik yeni məktəb binalarının təməlinin qoyulması nəzərdə tutulur. Balakən rayonunda da 21 yeni məktəb binası tikilib, daha bir məktəb binasının oktyabrda istifadəyə verilməsi nəzərdə tutulub. Qax rayonunda 12 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib. 2003-cü ildən bu günə kimi Zaqatala rayonunda da 24 yeni məktəb və korpus binası tikilib, ilin sonuna kimi rayonun Zəyəm kəndində 200, Muxax kəndində isə 120 yerlik yeni məktəb binalarının tikintisinə başlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR