Bank Of Baku

Elsevər Ağayev: “Pasientlərlə yanaşı, həkimlərin də hüquqlarını qoruyan müəyyən normativ sənədlər olmalıdır”

Elsevər Ağayev: “Pasientlərlə yanaşı, həkimlərin də hüquqlarını qoruyan müəyyən normativ sənədlər olmalıdır”
# 15 sentyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Milli Məclisin payız sessiyasında müzakirə olunacaq “Pasientlərin hüquqları haqqında” qanun layihəsində çox tərəfli məsələlər yer alıb. Pasientlərin hüquqları ilə bərabər həkimlərin hüquqlarını da qoruyan müəyyən normativ sənədlər olmalıdır”. APA-nın məlumatına görə, bu haqda səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib. E. Ağayev deyib ki, bu məsələlər hələ müzakirə mərhələsindədir: “Buna hüquqi qiymət verilməsi üçün müxtəlif sahələrin mütəxəssisləri fikirlərini bildirməlidirlər. Ona görə də hələ bu barədə konkret söz demək tezdir”.

Nazir müavini qeyd edib ki, qanun hələ qəbul olunmasa da, Azərbaycanda bu sahədə cəza tədbirləri indi də öz qüvvəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR