Bank Of Baku

Nazir müavini: “Azərbaycanda narkotik istifadəçilərinin sayı ilə bağlı əldə olunan rəqəmlər tam reallığı əks etdirmir”

Nazir müavini: “Azərbaycanda narkotik istifadəçilərinin sayı ilə bağlı əldə olunan rəqəmlər tam reallığı əks etdirmir”
# 15 sentyabr 2011 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, narkomaniya Azərbaycanda cəmi 5 nəfərdə də müşahidə olunsa belə, vəziyyəti qənaətbəxş hesab etmək olmaz: “Bu yalnız Azərbaycanın deyil, bütün dünyanın problemidir. Ümumilikdə digər ölkələrlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərinin sayı azdır. Bu bəlanın ən pis tərəfi ineksion narkotik istifadəçiləri ilə bağlıdır. Azərbaycanda qeydiyyatda olan narkomanların əksəriyyəti ineksion narkotik istifadəçiləridir. Sözsüz ki, bir dəfə narkotikdən istifadə edənlər də narkoman hesab olunurlar”.
Nazir müavini əlavə edib ki, bu problemin qarşısını almaq yalnız Səhiyyə Nazirliyinin işi deyil, müvafiq qurumlar birgə işlər görməlidirlər. E. Ağayev bildirib ki, narkotik istifadəçilərinin sayı ilə bağlı araşdırma aparıldıqca, statistik rəqəmlərdə artım müşahidə olunur: “Amma əldə olunan rəqəmlər tam reallığı əks etdirmir. Çünki rəsmi qeydiyyata Səhiyyə Nazirliyində müalicə edilən və məcburi qeydiyyata alınanlar düşürlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR