Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun 61-ci sessiyasının yekunu olaraq “Bakı bəyannaməsi” qəbul olunub

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun 61-ci sessiyasının yekunu olaraq “Bakı bəyannaməsi” qəbul olunub
# 15 sentyabr 2011 12:42 (UTC +04:00)
APA-nın məlummatına görə, bu haqda jurnalistlərə açıqlama verən ÜST-ün Avropa Regional Komitəsinin sədri Suzanna Jakab bildirib ki, sessiyada qeyri-infeksion xroniki xəstəliklərlə mübarizəyə dair fəaliyyət planı üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib. Sənəd 2020-ci ilə qədər olan dövrü əhatə edir: “Qəbul etdiyimiz digər bir vacib sənəd isə Avropada spirtli içkilərlə mübarizə ilə bağlıdır. Onu deyim ki, Azərbaycanda spirtli içkilərin istehlakının vəziyyəti qənaətbəxşdir. Avropada isə vəziyyət tam əksinədir. Bildiyiniz kimi, spirtli içkilər ikinci risk qrupuna daxildir. Qəbul olunan digər bir sənəd isə antibiotiklərin rezistend formaları qarşı fəaliyyət planıdır. Antibiotiklər infeksion xəstəliklərlə mübarizədə əsas alətdir. Bu sənədin qəbulunda məqsəd xəstəliklərin yayılmasının qarşısını almaqdır. Sessiyada dərmanlara qarşı vərəmin rezistend formaları dair sənəd də qəbul olunub. Təəssüflər olsun ki, bu gün dünya üzrə bu xəstəlikdən əziyyət çəkənlərin 20% Avropadadır. Bizi narahat edən başqa bir məsələ Avropada artmaqda olan HİV/QİÇS virusudur. Buna qarşı mübarizə üzrə fəaliyyət planı qəbul etdik”.

Suzanna Jakab bununla da 61-ci sessiyanın qarşıya qoyulan məqsədlərə nail olunduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR