Bank Of Baku

Böyükşor-Pirşağı yolunda avtomobil işıq dirəyinə çırpılaraq, iki yerə ayrılıb, yanğın olub - FOTO - VİDEO

Böyükşor-Pirşağı yolunda avtomobil işıq dirəyinə çırpılaraq, iki yerə ayrılıb, yanğın olub - FOTO  - VİDEO
# 07 iyul 2026 00:33 (UTC +04:00)

Böyükşor-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan “BMW” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb.

Güclü zərbənin təsirindən avtomobil iki hissəyə ayrılıb. Avtomobilin bir hissəsi hadisə yerindən təxminən 100 metr kənara düşərək alovlanıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR