Bank Of Baku

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində yeni məktəblər istifadəyə verilib - FOTOSESSİYA

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində yeni məktəblər istifadəyə verilib - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2011 12:52 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə - APA. Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıların kompakt yaşadığı Həsənxocalı və Cəfərli kəndlərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə tikilən iki məktəbin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Həsənxocalı kəndində natamam orta məktəbin açılışında Heydər Əliyev Fondunun nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, müəllimlər və kənd sakinləri iştirak ediblər.

Məktəbin direktoru Ramiz Məmmədəlizadə Heydər Əliyev Fonduna minnətdarlığını bildirərək qeyd edib ki, 7 otaqdan ibarət məktəb binası Avropa standartlarına uyğundur. O, Azərbaycan səfirliyi tərəfindən məktəbə 4 kompüter və digər texniki avadanlıqlar bağışlandığını bildirib. Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə və Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusubov da çıxış edərək yeni dərs ili münasibətilə məktəbliləri təbrik ediblər.

Cəfərli kəndində də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunmuş yeni məktəb binasının açılışı mərasimi keçirilib. Məktəblərin açılışında Bolnisi rayon icra hakimiyyəti başçısının müavinləri Ramin Əsədov və Tengiz Burnadze iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR