Bank Of Baku

MTN-in Heydər Əliyev adına Akademiyasında “Bilik günü” qeyd olunub - FOTO

MTN-in Heydər Əliyev adına Akademiyasında  “Bilik günü” qeyd olunub   - <font color=red>FOTO</font>
# 15 sentyabr 2011 13:01 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında da “15 Sentyabr - Bilik günü» təntənəli surətdə qeyd olunub. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. Ş. Sultanov qeyd edib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı və nəzarəti sayəsində Akademiyada ən mükəmməl təhsil üçün planlı tədbirlər həyata keçirilir, təlim-tədris bazası daha da təkmilləşdirilir və durmadan inkişaf edir.
Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən general-mayor Şahin Sultanov bildirib ki, zəngin və mənalı həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün bir örnək, həyat məktəbi olmalıdır.
Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Akademiyada tədris prosesinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR