Bank Of Baku

Oqtay Şirəliyev: “Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi bizə böyük etimad göstərilməsi deməkdir”

Oqtay Şirəliyev: “Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi bizə böyük etimad göstərilməsi deməkdir”
# 15 sentyabr 2011 13:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə səhiyyə naziri Oqtay Şirəliyev verib. Nazir bildirib ki, sessiya çərçivəsində nümayəndə heyətləri Azərbaycanın bir çox tibb müəssisələrində olublar: “Onlar xəstələrlə və həkimlərlə sıx ünsiyyət qurub, Azərbaycan səhiyyəsinin çox qısa vaxtda belə yüksək səviyyədə inkişaf etdiyinin şahidi olublar.”

O. Şirəliyev deyib ki, Azərbaycanın ÜST Avropa Regional Bürosunun İcraiyyə Komitəsinə üzv seçilməsi böyük hadisədir: “İcraiyyə Komitəsinə 32 ölkə üzvdür. Ölkəmiz 2005-2008-ci ildə məhz İcraiyyə Komitəsində iştirak edirdi. 2009-2001-ci ildə ÜST Avropa regionunun daimi komitəsinin nümayəndəsi idi. İndi də İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərəcək. Neçə illərdir Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının rəhbər strukturlarında çalışır, bu bizə böyük etimaddır”.

Qeyd edək ki, ÜST Avropa Regional Bürosunun 62-ci sessiyası gələn il sentyabrın 10-13-də Maltada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR