Bank Of Baku

Təhsil Nazirliyinin “Qaynar xətt”inə ötən ay 2479 müraciət daxil olub

Təhsil Nazirliyinin “Qaynar xətt”inə ötən ay 2479 müraciət daxil olub
# 15 sentyabr 2011 15:09 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə iyulda 4153, avqustda isə 2479 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulda daxil olan müraciətlərin əksər hissəsi sorğu xarakterli olub.
Ümumtəhsil məktəblərinə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu üzrə 2590, xaricdə təhsil üzrə 123, IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri üzrə 310, vaxtından əvvəl I sinfə qəbul üzrə 112, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına aid məsələlər üzrə 267, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universiteti ilə əlaqədar 36, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması üzrə 50, müəllimlərin əmək haqqının hesablanması ilə bağlı 35 sorğu cavablandırılıb. Digər müraciətlərdə isə müxtəlif mövzular üzrə məlumat almaq istəyi əks olunub.

Avqustunda daxil olan müraciətlərin hamısı sorğu xarakterli olub. Belə ki, məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar 35, ümumtəhsil məktəbləri ilə bağlı 255 (bir məktəbdən digərinə köçürülmə, məktəbli forması, ümumtəhsil məktəblərində dərs ilinin başlanması və s.), I sinifə vaxtından əvvəl şagird qəbulu üzrə 328, müəllimlərin işə qəbulu məsələləri ilə əlaqədar 837, ali və orta ixtisas məktəblərinə tələbə qəbulu ilə əlaqədar 175, xaricdə təhsillə bağlı 263, subbakalavr, bakalavr və magistr təhsili ilə əlaqədar 66 müraciət daxil olub. Qalan müraciətlər isə digər müxtəlif mövzuları əhatə edir.

Bütün bu sorğular “Qaynar xətt” xidmətinin növbətçiləri tərəfindən qeydə alınaraq cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR