Bank Of Baku

“Akkord” Korporasiyası Xocalı məktəblilərini ziyarət edib - FOTO

“Akkord” Korporasiyası Xocalı məktəblilərini ziyarət edib - <font color=red>FOTO</font>
# 15 sentyabr 2011 16:49 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün “Akkord” Korporasiyası Qızılqum qəsəbəsində məskunlaşmış Xocalı qaçqınlarının 2 saylı məktəbini ziyarət edib.

APA-Economics”in xəbərinə görə, korporasiyanın İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru Afaq Quliyevanın rəhbərliyi ilə bir qrup “Akkord” əməkdaşı yeni tədris ilinin ilk günündə məktəbə gələn müəllim və şagirdlərə gətirdikləri hədiyyələri təqdim edib.

Şagird və müəllimlər korporasiya əməkdaşlarının onlar üçün gətirdikləri məktəbli paltarlarını və tam çeşidli məktəb ləvazimatlarını məmnuniyyətlə qəbul ediblər. Əməkdaşlar həmçinin əvvəlcədən öyrənilən ehtiyaclardan çıxış etməklə qış mövsümündə sinif otaqlarının qızdırılması üçün alınan sobaları məktəb kollektivinə təqdim ediblər. Məktəb rəhbərliyi göstərilən diqqət və qayğıya görə Akkord rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu, korporasiyanın Xocalı qaçqınlarına qayğısını əks etdirən ilk aksiya deyil. Qızılqum qəsəbəsində yaşayan qaçqın məktəblilərin ehtiyacları ilə daim maraqlanan “Akkord” analoji aksiyaları ötən illərdə də həyata keçirib. Bundan başqa, korporasiya qaçqın məktəblilərin Quba rayonunda aşkarlanmış və erməni işğalçılarının qətlə yetirildiyi insanların kütləvi şəkildə basdırıldığı məzar-abidəni ziyarət etməsini də təşkil edib. Eyni zamanda “Akkord” əməkdaşları Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində 154 Xocalı məktəblisinin təhsil aldığı Səməd Vurğun adına 2 saylı Naftalan şəhər məktəbində yerləşən 1 saylı Xocalı şəhər orta məktəbini də ziyarət ediblər. Tədbir zamanı məktəbin şagird və müəllim kollektivi üçün nəzərdə tutulmuş çeşidli üst geyim məhsulları, müxtəlif yaşlı oğlan və qız uşaqları üçün məktəbli formaları və dəftərxana ləvazimatlarından ibarət hədiyyələr onlara təqdim edilib. Bundan başqa, şirkət nümayəndələrinin gətirdikləri bir neçə qiymətli kitab da məktəbin kitabxanasına bağışlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR