Bank Of Baku

Bakıda əlilliyi olan insanların hüquqları və cəmiyyətdə iştirakının təşviqi ilə bağlı seminar keçirilib

Bakıda əlilliyi olan insanların hüquqları və cəmiyyətdə iştirakının təşviqi ilə bağlı seminar keçirilib
# 16 sentyabr 2011 08:41 (UTC +04:00)
Bakı – APA. Bu gün Bakıda Avropa Şurasının (AŞ) Sosial Birlik üzrə Baş Direktorluğu və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı»nın (2006-2015-ci illər) həyata keçirilməsi» mövzusunda birgə seminar keçirilib.

APA-nın məlumatına görə, seminarda əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov, AŞ-nın Sosial Birlik üzrə Baş Direktorluğunun nümayəndələri, Milli Məclisin üzvləri, ayrı-ayrı hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbirdə məqsəd əlilliyi olan insanların sosial müdafiəsi, hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, həmin şəxslərin cəmiyyətə fəal inteqrasiyası istiqamətində beynəlxalq təcrübədən istifadə olunmaqla görülən işləri, qarşıda duran vəzifələri müzakirə etməkdən ibarətdir. AŞ ekspertlərinin bu sahədə ölkəmizə dəstəyini nəzərdən keçirəcək seminar «Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə iştirakının təşviq edilməsi üzrə Fəaliyyət Planı»nın (2006-2015-ci illər) ölkəmizdə icrası ilə bağlı təbliğat xarakteri daşıyır.

Tədbirin təşkili əlilliyi olan insanların hüquqlarının qorunması, mövcud potensial imkanlarının düzgün qiymətləndirilərək reallaşdırılması üçün şəraitin yaradılması və onların cəmiyyətin bərabər hüquqlu üzvləri kimi dolğun həyat şəraitinə malik olması üçün səmərəli sosial reabilitasiya üsullarının tətbiqi məqsədilə birgə səylərin artırılmasına xidmət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR