Bank Of Baku

FHN Dövlət Yanğın Nəzarəti Xidməti nəqliyyat müəssisələri və yanacaqdoldurma məntəqələrində maarifləndirmə işlərinə başlayıb

FHN Dövlət Yanğın Nəzarəti Xidməti nəqliyyat müəssisələri və yanacaqdoldurma məntəqələrində maarifləndirmə işlərinə başlayıb
# 16 sentyabr 2011 08:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti nəqliyyat müəssisələri və yanacaqdoldurma məntəqələrində maarifləndirmə işlərinə başlayıb. Bu barədə APA FHN-in qəzetinin saytına istinadən məlumat verib.

Xidmətin ərazi və regional qurumlarının əməkdaşları nəqliyyat müəssisələri və yanacaqdoldurma məntəqələrində yanğına qarşı təbliğat mövzusunda söhbətlər apararaq, sözügedən müəssisələrin əraziləri, onlara məxsus binalar, elektrik və ventilyasiya qurğuları, isitmə sistemləri, hərəkət edən qurğuları, texnoloji avadanlıq və cihazları, həmçinin təmir və texniki qulluq zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri haqda izahatlar verirlər.

Yanacaqdoldurma məntəqələrinin işçiləri ilə söhbət zamanı avtomobillərin adı çəkilən obyektlərə sərnişinlə daxil olmasına yol verilməməsi xüsusi olaraq vurğulanılır.

Yanğına qarşı təbliğat xarakterli tədbirlər zamanı Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş plakatlar nəqliyyat müəssisələri və yanacaqdoldurma məntəqələrinə paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR