Bank Of Baku

FHN-in Mülki Müdafiə Qoşunlarının mülki müdafiə tədbirlər planı çərçivəsində təhsil müəssisələrində tədbirlər keçirilir

FHN-in Mülki Müdafiə Qoşunlarının mülki müdafiə tədbirlər planı çərçivəsində təhsil müəssisələrində tədbirlər keçirilir
# 16 sentyabr 2011 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının mülki müdafiə tədbirləri planı çərçivəsində təhsil müəssisələrində tədbirlər keçirilir. APA-nın FHN-in qəzetinin saytına istinadən verdiyi məlumata görə,
plana uyğun olaraq Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən orta ümumtəhsil məktəblərində və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2, 5 və 6-cı sinif rəhbərləri ilə metodiki toplanış keçirilib. Toplanışlarda fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin fəaliyyəti, kollektiv və fərdi mühafizə vasitələrindən istifadə, güclü təsirli zəhərləyici, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, yoluxucu (infeksion) xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub. Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, "hava həyəcanı" siqnalı şəraitində davranış qaydaları haqqında məlumatlar verilib.

Praktiki məşğələlər zamanı İCAN 20-100 markalı yeni əleyhqazdan istifadə qaydaları nümayiş etdirilib. Ümumilikdə toplanışlarda 13 mindən artıq 2, 5 və 6-cı sinif rəhbəri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR