Bank Of Baku

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi noyabrda müəyyənləşəcək

Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi noyabrda müəyyənləşəcək
# 16 sentyabr 2011 12:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda sterilizasiya qurğusunun tikilməsi ilə bağlı avadanlıqların alınması üçün elan edilən tenderin qalibi hələ müəyyənləşməyib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, tenderin qalibinin sentyabr ayında elan olunacağı gözlənilsə də, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bu prosesi noyabra qədər təxirə salıb: “Agentlik tenderin qalibini müəyyənləşdirib, lakin Azərbaycan tərəfinə bu barədə noyabr ayında məlumat veriləcək. Qalib elan olunan firmaya agentlik əlavə şərtlər göndərib. Həmin firma o şərtlərə razı olsa, avadanlıqların alınması üçün lazım olan məbləğ köçürüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR