Azərbaycan və Portuqaliya gənclər sahəsində əməkdaşlığı möhkəmləndirir
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsədi iki ölkə arasında gənclərlə iş sahəsində əlaqələrin qurulması və Portuqaliyada fəaliyyət göstərən gənclər mərkəzlərinin təcrübəsi ilə tanışlıq olan səfərin ilk günü Portuqaliyanın Gənclər İnstitutunun prezidenti, xanım Helena Alves ilə görüş keçirilib.
Xanım Alves Gənclər İnstitutunun strukturu və fəaliyyəti haqqında geniş məlumat verib. İnstitutun bir neçə məsul işçisi Azərbaycan nümayəndə heyətini Portuqaliyada dövlət gənclər siyasətini formalaşdıran və dövlət qurumu olan Gənclər İnstitutu tərəfindən icra edilən layihə və proqramlarla tanış edib, gənclər ictimai təşkilatlarına dəstək, gənclər üçün könüllülük proqramı, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, gənclər parlamenti, gənclərin asudə vaxtının təşkili haqqında məlumatlar verilib.
Lissabon şəhərində fəaliyyət göstərən və Gənclər İnstitutunun nəzdində olan Gənclər Mərkəzinə də səfər təşkil olunub. Gənclər Mərkəzinin strukturu və fəaliyyəti haqqında məlumat verilib, burada gənclərə göstərilən xidmətlər nümayiş etdirilib. Lissabon mərkəzində Gənclər Təşkilatlarının Milli Şurasının sədri ilə görüş keçirilib. Həmin gün İdman İnstitutunun prezidenti Avqusto Baqanya və onun müavini Mario Tekseyra ilə görüş keçirilib. Görüşdə idmanın gənclərin inkişafında əhəmiyyətindən və iki ölkə arasında idman sahəsində əməkdaşlıq haqqında söhbət aparılıb.
Bundan sonra İmmiqrasiya və Mədəniyyətlərarası Dialoq üzrə Ali Komissarlığının aparatının rəhbəri Duarte Mendes və bu təşkilatın nəzdində gənclərin həssas qruplarının cəmiyyətə inteqrasiyası məqsədilə fəaliyyət göstərən “Seçim” proqramının direktoru Pedro Kalado ilə görüş keçirilib. Günün axırında Portuqaliyanın UNİCEF-in Milli Komitəsinin icraçı direktoru xanım Madalena Marsal Qrilo ilə görüş olub.
Nümayəndə heyəti Portuqaliyanın şimalında yerləşən Tondela şəhərinə də səfər edib. Tondela şəhərinin vitse-meri Joze Antonio ilə görüş keçirilib və bu vilayətdə həyata keçirilən gənclər siyasəti haqqında söhbət aparılıb. Həmçinin Gənclər İnstitutunun regional direktoru Miqel Naşimento nümayəndə heyətini gənclərə aid olan infrastrukturla tanış edib.
Səfərin sonuncu günündə nümayəndə heyəti Portuqaliyanın Gənclər və İdman Katibi (nazir) Alexandre Miqel Mestre tərəfindən qəbul olunub. Görüş zamanı Azərbaycanın gənclər siyasəti haqqında məlumat verilib, gənclərlə iş və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Sosial
Moskvada raket təhlükəsi elan olunub
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Xəbər Lenti
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTO
Moskvada raket təhlükəsi elan olunub
Məhkəmə İspaniya Baş nazirinin həyat yoldaşının NATO sammitində iştirakına icazə verməyib
Tramp Si Cinpinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini deyib
İsrail Qəzzada HAMAS-ın təlim idarəsinin komandirini öldürüb
Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub
Mərdəkanda bir nəfər dənizdə boğulub, iki nəfər xilas edilib, birinin axtarışı davam etdirilir
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Ərdoğan NATO Baş katibi ilə görüşüb
Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək
Rutte: Rusiya müharibədə qalib gələ bilmədi, NATO Ukraynanı dəstəkləməyə davam edəcək
Parlament Azərbaycanla Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında müqaviləni ratifikasiya edəcək
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulacaq
Tramp: İranla müharibənin xərcləri dəfələrlə ödənilib
Milli Məclis və Zimbabve Milli Assambleyasının sədrlərinin görüşü olub
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib
Ədliyyə Nazirliyi dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı məlumat yayıb
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb, 56 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
BakıKart QR ödənişi artıq ABB mobile-də - İlk 10 gediş pulsuz
AZAL: Bakı-Naxçıvan reyslərinin bəzisi ildırımlı hava səbəbindən təxirə salınıb
Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitiriblər
Azərbaycanda işsizlikdən sığorta üzrə daxilolmalar 122 mln. manatı ötüb
Bu il dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub
Bağ evini, mənzili, obyekti sığortalamağa dəyər, çünki zərəri PAŞA Sığorta ödəyir
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb, Bakı Moskvaya nota verib
Azərbaycandan tranzit keçməklə Ermənistana 30 vaqon propan qazı göndərilib - YENİLƏNİB - FOTO
Ukrayna iki S-400, radiolokasiya stansiyası və neft bazasına zərbə endirib
Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb
Ermənistan Pakistana ilk səfirini təyin edib
Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib
Əkin torpaqlarında ağac və kolların götürülməsinə dair yeni qayda müəyyənləşib
Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu edib
HAMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir